Ələsgər Əlioğlu : - OLMASA

Ədəbiyyat 11:48 / 29.03.2025 Baxış sayı: 1021

 

Gəmin ki qaldı dəryada,

Düşər min dağ, düyün yada.

Çəkmək olmaz bu dünyada,

Dərdin də çəmi olmasa.

 

Düzlük olar başa qaxınc,

Ürək dərddən bağlar qulunc...

Kim nahaqqa çəkər qılınc,

Bir haqq aləmi olmasa!?

 

Ayaqlar da qana qaçmaz,

Ağızların qanı daşmaz...

Haqsızlıq qol-qanad açmaz,

Quzu qurd yemi olmasa!..