Ələddin Əzimli : - BAHAR ŞEİRİ

Ədəbiyyat 15:29 / 29.03.2025 Baxış sayı: 884

 

Bahar gələli

sənin ilə yoldaşıq,

bənövşəyi,

çəhrayi çiçəkli sarmaşıq.

Kimsə

ayırmaq istəsə bizi,

qırıq-qırıq olsaq da,

ayrılığın,

ölümün belə

istək, ümid qarışıq

boynuna sarmaşarıq.

Unutmayın, sevənlər,

biz əbədi baharıq.

Payız, qış

bizi soldura bilməz.

Sevgidən yaranmışıq,

sevə-sevə yaşarıq...