İlon Maskdan Azərbaycanla bağlı paylaşım

DÜNYA 14:33 / 29.03.2025 Baxış sayı: 1045

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin qurucusu İlon Mask “Starlink” peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı paylaşım edib.

Yenises.az xəbər verir ki, Mask “Starlink”in qlobal peyk rabitə sisteminin xidmətlərinin Azərbaycanda aktivləşdiyini təsdiqləyib.

“Starlink indi Azərbaycandadır”, – İlon Mask bildirib.