Adilə Nəzər : - ODUR

Ədəbiyyat 19:54 / 27.03.2025 Baxış sayı: 1063

Türk toplumlarının və bütövlükdə İslam aləminin hamisi Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana mənəvi dəstəyimizin izharı olaraq...

 

O, bir dünya lideri, əsrin siyasətçisi,

Hər ölkədə hər kəsdən öndə odur, baş odur.

Məzlumların hamisi, haqqın əmanətçisi,

Kimin haqqı pozulsa ona tərəfdaş odur.

 

O, fəxarət yeridir, o, fərəh, qürur hissi,

İllərdi ki, ayırıb seçir yaxşını-pisi.

O, millət sevdalısı, o, böyük Türk kişisi,

Qızıl hərflə yazılan tarixə yaddaş odur.

 

Ağladım, gözyaşıma dəyən gözyaşı gəldi,

Düşmənə savaş açdı, yağıya qarşı gəldi,

Dünyanı qarşısına alıb, yanaşı gəldi, -

Ali Baş Komandanım İlhama qardaş odur.

 

Hər qarış torpağına vətən deyən, yurd deyən,

Bayrağını ucadan-ucalarda tut, deyən,

Əsgərimi öyəndə, vüqarla Bozqurd, deyən,

Zəfərimin yoluna baş qoyan yoldaş odur.

 

Öyüdünü sabaha- gələcək nəslə deyir,

Qarabağ şeirini coşqun həvəslə deyir.

Şəhid məzarlarından yüksələn səs də deyir:

Ruhumu salamlayan dua odur, marş odur.

 

Vətən adlı dövləti, millət adlı varı var,

Uca dağa bənzəyir, zirvəsində qarı var,

İlahidən aldığı gizli bir qərarı var,

O, ərdir, Ərdoğandır, çox sirrə sirdaş odur.