Ələsgər Əlioğlu : - ÜÇÜNCÜ YAZ SOVQATI

Ədəbiyyat 08:35 / 25.03.2025 Baxış sayı: 625

 

 

QUYUYA YIXILIB...

Gəlib gül-çiçəkli yaz,

Yenə çəmənə, çõlə.

Quzeydəki quyuda

Ancaq qar qalıb hələ.

Bayaqdan

bu quyuya

Baxıb qımışır Baxış:

"Yazı görüb qaçanda,

Quyuya yıxılıb qış!.."

NƏĞMƏ GƏTİRİB...

Quşlar gəlib...

Ətrafı

Şən səs-səda götürüb.

Əli boş gəlməyib ki,

Onlar nəğmə gətirib!..

YAZDA SAYARAM

-Bir də görüm,

Ovcumda

Neçə tüm var, ay Sabir?

-Apar ək,

Qoy cücərsin, -

Yazda sayaram bir-bir!..

ÇƏMƏNLİYİN ƏTRİ

Zülfiyyə çəmənlikdən

Neçə cür çiçək dərib.

Çəmənlyin ətrini

Evlərinə gətirib...