Elnur Uğur Abdiyev : - Qadınlar kitab kimidir...

Qadınlar kitab kimidir,
Sevməyə başlamadan,
Oxumağı bacarmalısan.
Detektiv romanlara bənzəməz qadınlar,
Bir- iki günə bitirmək həvəsilə
Oxumağa başlasan,
Elə ilk səhifədə yıxılacaqsan.
İnqilabi romanlara bənzəyir qadınlar,
Hər səhifəsində əzm var!
Başlayanda fəlsəfə ilə açılar ilk səhifə,
Sonra üz tutar təbiətə.
Sevgi yazar hər hərfini,
Bu kitabda səhifə- səhifə səhvini
Oxuyar kişilər.
Bəzən bir vərəqini oxumaz,ötürər,
Bitirəndən sonra anlayar ki,
Həmin ötürdüyü səhifədə bitəcəkmiş
Elə bu əsər.
Qadınlar kitab kimidir,
Nolsun,üzləri müxtəlifdir,
Müəllifi ki sevgidir,
Bu inqilabi əsərin!
Qadınlar kitab kimidir,
Oxuduqca anlayırsan dərin!
Yaşamağa səsləyir qadın həyatı.
Özü üçün yox,
Özgəsi üçün bəsləyir qadın həyatı!
Qadınlar
Elə buna görə inqilabi romandılar!
Özləri üçün yaşamırlar.
Oxu,
Oxu,
Oxu!
Bu Allahın əmri deyil,
Bu qəlbinin səsidir.
Oxu,
Qadın
Tanrının ən böyük möcüzəsidir!!!