Sevinc Qərib : - TANRININ EVİNDƏ BİR RUH DUL QALIB

Bu taleyin son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən idim e buludların bətnindən
Göz yaşıtək yağışları yağdıran...
Könül köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının evində bir ruh dul qalıb,
Ora çəkir, ora çəkir dizlərim...
Yeri varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə qədər göz dikilib səmaya,
Gözü hardan məni görsün tanrının?!.