Şakir Xanhüseyn : - DƏRİNİNƏ bir şeir...

Hər kəs dalsın dərinliyinə-
baş vursun özünə;
eh, dayazın özü nə,
sözü nə...
Ən güclü kökdü
torpağın təkində günəşdən
nur əmən,
anla həmən...
Dərininə iz qoyur məndə
nəğmələr, şeirlər,
fikirlər
birər-birər...
Dərinə bax, dərinə,
en, qalx dərinə;
açıl, gəril, genişlən,
işlə
ancaq dərinə!..