Xatirə Rəhimbəyli : - Eh,niyə yadından çıxardın məni...

Eh,niyə yadından çıxardın məni,
Məni taleyindən niyə qovladın ?!
Üstünə qaçmağa,daldalanmağa ,
Yadında qalmağa bir kimsəm yoxdu..
.
Sənin taleyində çoxmu şuluqdum ,
Çoxmu nadinc idim bəxtində,zalım ?!
Zülümlə,zillətlə düşürüb məni ,
Kimə yer elədin taxtında,zalım ?!
Daha ürəkləri döyəcəyim yox,
Açıb qapısını girəcəyim yox..
Ta işıq gələnə gedə bilmərəm ,
Sevgin həsrətinin div gözləriymiş,
Ah,niyə demədin vaxtında ,zalım ?!
Yoox ,nahaq yadından çıxardın məni ,
Nahaq küçələrə atdın eşqimi!
Yox ,nahaq elədin dərbədər məni,
Sən nahaq incitdin bu qədər məni!!!
Eh,niyə yadından çıxardın məni,
Məni taleyindən niyə qovladın ?!
Üstünə qaçmağa,daldalanmağa ,
Yadında qalmağa bir kimsəm yoxdu...