Vasif Süleyman : - ÇOXU ELƏ BİLİR SEVİRSƏN MƏNİ

Çoxu elə bilir sevirsən məni...
Bəxtəvər başına deyənlər də çox.
Arada nə sevən, nə sevilən var,
Məni bu sevdadan əyənlər də çox.
Çoxu elə bilir sevirsən məni,
İndidən mətləbi başa çəkirlər.
Deyirlər qız gözəl, oğlan ağıllı,
Belə adımızı qoşa şəkirlər.
Çoxu elə bilir sevirsən məni,
Kimisi görəndə qaş-qabaq tökür.
Yola çıxmayıbdı hələ bu sevgi,
Çoxunun yoluna daş-qalaq tökür.
Çoxu elə bilir sevirsən məni,
Bilirəm böhtandır, ancaq əlac var.
Elə bir çoxunun acığına sən,
Məni sev, özünün bəladan qurtar –
Çoxu elə bilsin sevirsən məni,