İsmayıl İmanzadə :- İLK BEŞİYİM, YUVAM HEYY...

Ədəbiyyat 08:00 / 10.05.2025 Baxış sayı: 7219

 

Yamanlığın halayını pozandım,

Çörəyimi halallıqla qazandım.

Hər yetənə özüm kimi inandım,

Sən aldanma mənim kimi avam, heyy!..

 

Nakam eşqim, çevrildin göz yaşına,

Necə çıxım axı, bir də qarşına?

Bəxtim, yenə oyun açma başıma,

Qabaqdadır sənlə cəngim-davam heyy!..

 

Bədxahlarım ayağından dartdımı,

Görən boyun bircə qarış artdımı?

Sızlayanda səsim sənə çatdımı,

De, hardasan ilk beşiyim-yuvam heyy!..

09.05.2025