Bəşər Əsəd qaçdı
Suriyada nəzarəti tam ələ keçirən silahlı müxalif qruplar 61 illik Baas rejiminə son qoyub və Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk edib.
Yenises.az xarici mediaya istinadən xəbər verir ki, Əsədin təyyarəsinin sonuncu dəfə Homs səmasında siqnal verdiyi və “qəribə hərəkətlər” sərgilədiyi bildirilib.
Təyyarənin qəzaya uğramış ola biləcəyi ehtimal edilir.
Suriya ordusunun iki hərbi rəsmisi "Reuters" agentliyinə bildirib ki, Əsəd naməlum istiqamətə yola düşüb.