Adilə Səfərova : - Sənə Zəfər yaraşır.

Ədəbiyyat 11:03 / 25.03.2025 Baxış sayı: 711

 

Aldın haqqın olanı,

Kəsdin zülmü, talanı.

Azad Şuşa qalanı

Ğörən ürəklər coşur--

Sənə Zəfər yaraşır.

 

Oldu dərd- sərin itən,

yurd yerində gül bitən.

Yaşa, yarat, ey Vətən,

Şanın sərhədlər aşır,

Sənə Zəfər yaraşır.

 

Qürurlanır dağın da ,

Barlanır torpağın da,

Azad Qarabağında

muğam səsi dolaşır--

Sənə Zəfər yaraşır.

 

Qalibisən savaşın

Vətən, ucadır başın

Yurda dönən yurddaşın

Sevinci aşıb - daşır

Sənə Zəfər yaraşır.

 

Şandı Xarı bülbülə,

Düşübdü dildən-dilə.

Vətən , qızın Adilə

Şəninə nəğmə qoşur

Sənə Zəfər yaraşır.

 

13 dekabr 2024-cü il