Zəka  Vilayətoğlu - Yavaş-yavaş alış, yavaş-yavaş sön... 

Ədəbiyyat 13:00 / 25.09.2026 Baxış sayı: 500

 

 

Yavaş-yavaş alış, yavaş-yavaş sön

Nə vaxt söndüyünü bilən olmasın!

Parla ulduz kimi, yaddaşlarda qal,

Sönüncə ağlayan, gülən olmasın!

 

Tez sönər ocağın tez alışanı,

Külündə bir ümid közü də qalmaz,

Nə bir hərarəti, nə bir nişanı,

Külü nə, közü nə, izi də qalmaz!

 

Səni qorxutmasın əsən küləklər,

Nə də leysan olub yağan yağışlar.

Ərisin odunda soyuq ürəklər,

Səni duyan sevər, öyər, alqışlar!