Şövkət Zərin Horovlu - Darıxa-darıxa

Ədəbiyyat 09:50 / 25.09.2026 Baxış sayı: 556

 

Dözümümlə həsrətimi

əzdim darıxa-darıxa,

Yenə sənli günlərimi

gəzdim darıxa- darıxa

 

Gördüm xatirə yerini,

Bir həsrət kövrəltdi məni

Tellərimə bənövşəni,

Düzdüm darxa-darıxa.

 

Bir üzədi ömür yolu,

Getdim gözü yaşla dolu.

Geri baxıb sağı-solu,

Süzdüm darıxa-darıxa.

 

Qəm gölündə batdı gəmim,

Suda qərq oldu yelkənim.

Silib gözlərimin nəmin,

Üzdüm darıxa-darıxa.

 

Hər kəsə bir bəxt verilir,

Onu ansaq verən bilir.

İlahi, o necə sirdir -

Çözdüm darıxa-darıxa?

 

Ayı caladım ilimə,

Ömrü sökdüm ilmə- ilmə.

Svgi”günahmış “ sən demə,

Dözdüm darıxa-darıxa.

 

Mənzilə üzüağ çatım,

Ta bir az dincəlim yatım.

Yerdən əlimi,Allahım,

Üzdüm darıxa-darıxa!

.