Xatirə Rəhimbəyli - Mən də payızam indi

Ədəbiyyat 09:56 / 25.09.2026 Baxış sayı: 549

Mən də payızam indi,

Sənsizlik-qara bulud

Gözlərimdə sıxlaşır,

Həsrətin yağış kimi süzülür gözlərimdən....

Mən də payızam indi,

Əllərim köçəri quş

Uçur,uçur havada,

Ürəyim yaralıdı,

Tənha qalıb yuvada...

Mən də payızam indi,

İnamım ,etibarım

Xəzəl kimi sovrulur.

Son ümid son qonçədir,

Ayazlarda qovrulur....

Mən də payızam indi,

Payıza gələn olmaz,

Ondan gedər hər gedən...

Payıza da gəlmədin,

Barı qış ol ,gəl,gedən!..