Yadigar Təvəkgul - Yamanca darıxıb yenə

Ədəbiyyat 10:47 / 05.07.2026 Baxış sayı: 473

Yamanca darıxıb yenə

Ürəyimin sən tərəfi

Dönüşüb çağlayan selə,

Ürəyimin sən tərəfi

 

Susuram ağrı yaranır

Dinirəm dilim dolanır

Sənin eşqinlə oyanır

Ürəyimin sən tərəfi

 

Sənsizlik gəlmir xoşuna

Baxmır gözümün yaşına

Döyünür boşu boşuna

Ürəyimin sən tərəfi

 

Salıb məni dağa-daşa

İndi bu eşq ilə yaşa

Yovuşmur dosta sirdaşa

Ürəyimin sən tərəfi

 

Gecə asır, gündüz kəsir

Gah yubanır, gah tələsir

Yadigarı edib əsir

Ürəyimin sən tərəfi....