Fərhad Tapdıqoğlu - Xəzərin sahilində

YAZARLAR 10:31 / 05.07.2026 Baxış sayı: 486

 

Düşüncələr

Dəcəl ləpə gah şıltaqlıq edir,gah da nazlana-nazlana sevgilisi sahilin boynuna sarılır,onu qucaqlayıb ,öpüşlərə qərq edir.

Beləcə sevgililər gözəl anlar yaşayırlar.

Qəflətən ləpə insanların gəldiyini görüb utanaraq öz evinə,dənizə qayıdır.

Amma sahilin yanaqlarında onun öpüşlərinin yeri qalır ...

=

Dəniz fırçası olan ləpələrlə narın qumların üstündə əsər üzərində işləyir.

Ürəyincə alınmadığından çəkdiyini silir ...yenidən çəkir...silir...yenidən çəkir...

=

Günəş dənizdən başını qaldırır,çıxır...

Dünyaya Günəş doğur.

Nə yaxşı ki,Günəş bizim məmurların inhisarında deyildir.Nə yaxşı ki...

Yoxsa dünyamız tez-tez zülmətə qərq olardı...