Xəyalə Sevil- Mən indi həqiqətin
Mən indi həqiqətin
Düz gözünə baxıram.
Heç kimi dinləmirəm,
Öz sözümə baxıram.
Nə güldürdü həyat, nə-
Nə gülmədi üzümə.
Mənim məğlubiyyətim
Özümədi, özümədi.
Gücün bitdiyi yerdi,
Qışı nece yaz edim?
Qoşun göndər, İlahi,
Özümü xilas edim