“Şirvannəşr”-də yeni  kitab

MƏDƏNİYYƏT 10:06 / 21.11.2026 Baxış sayı: 917

Qədim Naxçıvanın Şərur elinin Axurakəndində dünyaya göz açmış şair-publisist, Azərbaycan Yazıçılarvə Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” media  mükafatçısı, Qabaqcıl Təhsil işçisi, Prezident mükafatçısıİbrahim Yusifoğlunun 29 adda şeirlər, poemalar və nəsr əsərləri  çap edilib oxuculara çatdırılmışdır.

Yenises.az  xəbər  verir  ki, son illərdə İ. Yusifoğlunun 5 (beş) cilddə seçilmiş əsərlərininnəşrinə başlanılmışdır. Artıq birinci cilddə seçilmiş şeirlər, ikincicilddə uşaqlar üçün şeirlər, poemalar və mənzum dramlar,üçüncü cilddə poemalar dərc olunmuşdur.

Yenicə işıq üzü görən dördüncü cilddə müəllifin nəsr əsərləri  toplanmışdır. “Yaşaran gözlər” povestində keçən əsrin 70-ciillərin gənclərinin tələbəlik dövründən, kənd həyatından, uğurluvə uğursuz məhəbbətdən söhbət açılır. “Göylərdən ələnən gözyaşlarıydı...” povestində isə 1988-ci ildən başlayaraq xalqımızaedilən təcavüzdən və torpaq uğrunda şəhid olanların kövrək  talelərindən söz açılır. “Mənim inamımı güllələdilər” poemasında “Sülhə, Göyərçinə, Qardaşlıq beşiyi” Sovet elinə  olan inamın güllələnməsi öz təsvirini tapır. “Şəhidlik ömrün nur

çağı” bölməsində birinci Qarabağ müharibəsi dövründə torpaquğrunda canlarından keçmiş 17 nəfər şəhid vətən övladının  igidliyindən bəhs edilir. Ümumiyyətlə ,torpaqlarımız uğrunda   canlarından keçən şəhidlərimiz haqqında “Mənim inamımı  güllələdilər”poeması poetik nalədirsə ,”Şəhidlik ömrün nur  çağı”bölməsindəki yazılar isə publisistik ağıdır.

Kitabda yer almış  hekayələr, əfsanələr, yol qeydləri və digər publisist yazılar da  maraqlı və oxunaqlıdır.

İbrahim Yusifoğlunun “Seçilmiş əsərləri”nin dördüncü cildi  kitabı “Şirvannəşr” nəşriyyatında çap olunubdur.Naşiri Qəşəm     İsabəyli,redaktoru Azərbaycan Respublikasının Əməkdar  jurnalisti Elman Telmanoğlu,komputer tərtibçisi FidanSalmanovadır.

Tanınmış jurnalist Sara Əzimova kitaba “Sənin  xoşbəxtliyin səadətimdir” adlı maraqlı və poetik ön söz   yazmışdır.

İnanırıq ki,İ.Yusifoğlunun nəsr əsərləri toplanmış “Seçilmiş   əsərləri”nin dördüncü cildi kitabı da şeir kitabları kimi oxuculartərəfindən maraqla qarşılanacaqdır.