Saqif Qaratorpaq -" Həmişə yanındayam"
***
" Həmişə yanındayam"
deyənlər həmişə yanında
olmazlar.Ən kiçik səhvini
belə bağışlamazlar.
Dar ayaqda səni birinci
tərk edərlər.Sənə çox
sevdiklərin daha çox
əzab verər.Hər şey
kövrəkliyindən,zərifliyindən
sınar axı.Sən də beləcə
sınarsan,öz içinə
tökülərsən zaman-
zaman.İçin qəbirlərlə
dolar.Hər daşından
bir xatirə boylanar.
Bir kimsənin də
xəbəri olmaz daşıdığın bu yükdən.Sızıldaya-sızıldaya
gülümsəyərsən.