Xaliq Rəhimli- Gedib könlünü oxşadım
- Gedib könlünü oxşadım...
Ədəbiyyat
14:57 / 23.05.2026
Baxış sayı: 351
Gedib könlünü oxşadım
Dilini tapdım dağların
Qucaqlayıb o yamyaşıl
Üzündən öpdüm dağların
Gördüm köhnə vəfasını
Qoynundakı səfasını
O suyunu ,havasını
Gözümə təpdim dağların
Dedi,- bala qurtarım mən
Səni şəhərin üzünnən
Yenə də çıxdım sözünnən
Əlindən qopdum dağların...