Sabir Zəkullaoğlu - Mən ətçiyəm.
Əsas peşəm, ət və ət məhsullarının satışı, eyni zamanda müxtəlif ictimai iaşə xidmətlərini bu və bu tip yanaşı məhsullara olan təlabatını təchiz etməkdən ibarət olub.
Çox mehriban və işgüzar kollektivimiz olub. Bizdə demək olar ki, həyat gecə başlayırdı. Çünki, sübh tezdən, axşamdan qəbul etdiyimiz bütün sifarişlər çatdırıb, yerinə yetirilməli idi.
İnsanının xasiyyəti, xarakteri, davranışı onun qisməti, bəxti ilə düz mütənasibdir. Dolayısıyla adam öz bəxtini bir az da özü yazır.
Bilmirəm.
Sözsüz ki, bu da hardasa adamın özündən aslı deyil. Yaranın genetik olaraq insana verdiyi xüsusiyyətlərdir.
Yaxşı xasiyyət insana Tanrıdan edilmiş bir lütfdür.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, nəzakətli, mədəni və gülərüz davranış tərzi mənə həmişə uğur gətirib.
O üzdən, çalışdığım sahədə də işlərim çox uğurlu gedirdi. Hansı firmaya iş görüşü üçün gedirdimsə çox vaxt müsbət cavabla qayıdırdım.
Məsuliyyətliyəm. İş görüşlərinə sıradan ticari bir iş görüşü yox, nəticəyə hesablanmış, qarşıya qoyulmuş məqsəd kimi baxırdım.
Bütün bacarığımı nəticəyə hesablayırdım.
Bunları yazmaqla bir hadisəni qulluğunuza ərz etmək istəyindəyəm;
Bir fırmayla işləyirdim. Banqladeş firmasıydı. Demək olar ki, həftənin bütün iş günləri sifariş verirdi.
Hər dəfə müxtəlif qida məhsullarıyla yanaşı 25, 30 arası quzu da sifariş edirdi.
Sifarişlər günün sonunda mənə edilir, mən də sifariş gələn kimi qəssaba ya telefon edir, ya da mesaj göndərirdim ki, tədarük görsün.
Təbii ki, qəssab bütün bu işi görmək üçün gecə saat üçdə oyanıb, gedirdi sallaqxanaya. Quzuları kəsib, ağ tənzifə büküb paketləyirdi ki, sübh açılana kimi bütün işlər yerbəyer olsun.
Bir gün, adəti üzrə səhər işə gələndə, gördüm qəssab Məzahir quzuları kəsib, özünə yaxşı bir limonlu, xoruzquyruğu çay da süzüb, çaydan vurur yavaş - yavaş.
Həmin gün sifariş olunmamışdı.
Quzuları görəndə təəccüb məni bürüdü. Dedim, Məzi, bu quzuları niyə kəsmisən?
Dedi bəs sən axşam mənə zəng vurub demədin ki, get Nəsibin sifarisini hazırla?
Nəsib alaçaq boylu, gur saçı olan qara bir oğlan idi. Böyük burnu və qalın dodaqları vardı; dodaqları ilə burnu bir-birini tamamlayırdı. Kənardan baxanda elə bil sifətində küftə gəzdirirdi. Burun demək olar ki, dodaqlarına yapışmışdı. Bununla belə, hələ üstəlik bığ da saxlayırdı. Saçı o qədər yağlıydı ki, elə bil saçına günəbaxan yağı sürtmüsən. O heç kimə oxşamırdı. Uzaqdan görən kimi bilirdin ki, gələn Nəsibdir. İlk adamın gözünə çarpan onun qara çöhrəsində uzaqdan ağaran gözləri, bir də küftə burno olurdu. Tanrı ona boyun verməmişdi. Elə bil başı hazırlayıb birbaşa qoymuşdun bədənin üstünə. Başını sağa, sola çevirəndə, çənəsi çiynlərinə dəyirdi.
Ancaq çox yaxşı oğlan idi. Səxavətli, mehriban idi.
Onun əsil adı nə idi bilmirəm. Sadəcə mənə özünü belə təqdim etmişdi. Bir onu demişdi ki, mənim adımı azərbaycanlı sevgilim, artıq nişanlı olduğumuz qız verib. Öz adına uyğunlaşdırıb. Nişanlısının adı Nəsibəydi.
Sonralar dostlaşdıq. Möhkəm vuran idi.
Bir dəfə içki aramıza səmimiyyət körpüsü salanda ona dedim, Nəsib, gedib özünə Banqladeşdən qonşudan, quhumdan, əqrəbadan bir qız tapa bilmirdin?
Ayə, sənin bir xalanqızı yoxdurmu, Nəsib?
Neynirdin bu Nəsibəni?
Axı bu Nəsibə sənin yemin deyil!
Nəsibə də nə Nəsibə...?!
22, 23 yaşlarında, incə bədən quruluşlu, üzü aydan da gözəl, ağ bəniz, yaraşıqlı bir qızdı.
Nəsib mənim sözlərimdən çox incidi. Hətta bir ki həftə mənimlə payızı davrandı.
Sonra yenə barışıq. Hətta o məni toyuna da dəvət elədi.
Ancaq toyda o məni bərk-bərk qucaqlayıb ağladı da.
Dedi sən haqlısanmış. Nəsibə Dillər üniveristetini bitirən kimi məndən ayrıldı. Mən ona ora qədər lazım idim. Sonra o məni atdı.
Söhbətinə yekun vuraraq dedi ki, mən də gedib Banqladeşdən xalam qızını gətirdim.
Dedim, can qardaş, ən doğrusunu etmisən.
Nə isə, qayıdaq Məzinin yanına;
Dedim Məzi, axı Nəsib bu günə sifariş verməyib-qarşıdakı İki gün də, şənbə, bazar heç bir sifariş olmayacaq..
Bu qədər əti biz nə edəcəyik..?!
Dirəşdi ki yox, sən mənə zəng vurmusan.
Dedim qardaş, göstər də, göstər...
Telefonunda zəng kaydları olan yer var, aç görüm mən sənə sifariş vermişəm ya yox? Axı dünən mən sənə heç zəng vurmsmışam!
Çox çək-çevirən sonra bəlli oldu ki, sən demə, qardaşımız axşam yuxuda görüb ki, sifariş var, durub tələsik gəlib, quzuları kəsib vurub vitrində...
Tərs kimi havaların isti keçən vaxtları idi.
Dostdan, tanışdan xahiş edib quzuları payladım ki, kömək edin - pulunu nə vaxt olsa verərsiz..
O gün, bu gün gün pulunu hələ verməyiblər..
Halal xoşları..