Vahid Aslan - Qoruya bilmədim
Ədəbiyyat
18:18 / 31.08.2026
Baxış sayı: 707
Dərdimdən içdin dəm oldun,
Halımа yanan şam oldun,
Sən məni duydun qəm oldun,
Mən duya bilmədim səni!
Belə tez sınmağın nəydi?
Məni boyda daşa dəydin?!.
Tanrı verən xəzinəydin,
Oxuya bilmədim səni!
Ürəyim!
Ağ dəniziydin,
Dəriniydin, əziziydin…
Uşaq kimi təmiziydin,
Qoruya bilmədim səni!
24.10.2003