Mən Fərhad ola bilmərəm - Elnur Uğur
Ədəbiyyat
09:32 / 31.08.2026
Baxış sayı: 896
Mən Fərhad ola bilmərəm,
Səbrim çapa bir qayanı.
Sənlə gözəldi dünyamız,
Sənsiz neynirəm dünyanı?
Sənsiz dadı- duzu yoxdur,
İştahasız əlimin də.
Hər anı vahimə saçır,
Ömür adlı bu filmində.
Özümdən əmin oluram,
Tək yanımda sən olanda.
Məcburi köçkün olmuram,
Gözlərin Vətən olanda.
Eşqindir ruhuma əta,
Sevginsiz ölgünəm ,susam.
Elə bağlanmışam sənə,
Səndə ömürlük məhbusam.
Mən belə ağıllı dəli,
Məndən baş açmır, doğma,yad.
Sənsiz özümə özgəyəm,
Sənlə özümə doğmayam.