Şakir Xanhüseyin - hə, dörd açaq gözümüzü,
hə, dörd açaq gözümüzü,
kömək əlimizi də.
qucağımızı dörd açaq
bir arzuya, ümidə...
İşıq düşsün damdan dama,
qapımızı dörd açaq bir salama,
qol, qanad-
ey dadi-bidad-
açmalı nə var dörd açaq...
qulağımızı dörd açaq
bəzən sükuta.
haqdandı ruzi, dörd açaq,
süfrəmizi dörd açaq...
bir qarış irəli getməyə
bir addımımızı dörd ataq...
bir acıya sinəmizi dörd gərək,
oynamayaq özgə havalara.
əyilən bir divara
çiynimizi dörd verək!..