Türkiyə XİN Azərbaycanı seçkilərə görə təbrik etdi

SİYASƏT 08:15 / 02.09.2024 Baxış sayı: 1532

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.

Xarici siyasət idarəsinin bəyanatında vurğulanıb ki:

“Dünən (1 sentyabr) keçirilmiş Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını diləyirik. Sözügedən parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək”.