Türkiyə vətəndaşı faciəvi şəkildə öldü - SALYANDA

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.
"Report"un xəbərinə görə, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi "Merdeces-Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.