Xəyalə Sevil  : - İç mənim sağlığıma,

Ədəbiyyat 08:40 / 30.05.2025 Baxış sayı: 1343

İç mənim sağlığıma,

Elə bil ki, sağam mən.

Sən də görə bilmədin...

Bir ovuc torpağam mən.

 

Dəymədüşərdi gözüm,

Dayanma gözlərimdə,

Axın aparar səni.

...Sən bircə ürəyimə

 

Toxun, aparar səni.

Ayrılıq uzun gecədi,

Səhəri çətin eyləyək...

Səndə nə qədər qalmışam?

Ver üstünü tamamlayım,

Bu eşqi bütün eyləyək.