Xatirə Rəhimbəyli : - Gedir

Ədəbiyyat 08:07 / 30.05.2025 Baxış sayı: 1189

Belə məyus olma, ay ömrüm -günüm ,

Neynək , ömür-gündü ...odey haa..gedir ...

Həsrətin qırıbdı qanadlarını ,

Qəlbim göydən endi ... odey haa... gedir ...

 

Ürək tanıdığı ilk eşqi danmaz ,

Düz bilər ,haq sanar ,haqdan utanmaz .

Hicrana əyilməz ,həsrətə sınmaz ,

Get danışdi, dindi ...odey haa... gedir ...

 

Bir az diri tərpən , ay astagəlim ,

Səndən cəld tərpənsə ,neynərəm, ölüm ?!

Ellər ağı deyər ,ah , zülüm-zülüm ,

---Yarın üzü döndü...odey haa.. gedir...