Şakir Xanhüseyinli - SƏN- GÖYÜZÜNƏ ÇOXDAN YIXILAN ADAM
əlin dizin üstə yıxılar,
qolun qoynuna,
yıxılar saçların alnın boyu gözün üstə.
birdən ürəyin qucağına yıxılar,
sağ ayağın sol ayağın üstə düşər...
günahlar da beləcə
bir-birinin üzərində qalaqlanar;
deyil də günahkar,
bir günahsız suçlanar ...
durub bu işdəcəklərə
məlul-məlul baxarsan bir yandan
sən-- göyüzünə çoxdan yıxılan adam...