Tural Cəfərli : - QIZIM

Səninlə payızı, yazı anladım,
Küsməyi, gülməyi, nazı anladım,
Varlığı, yoxluğu, azı anladım,
Nə yaxşı gəlmisən dünyaya, qızım.
Nə yaxşı gəlmisən dünyaya qızım,
Sənsiz ömrüm günüm solmaqda idi.
Ən böyük səadət, ən böyük sərvət,
Demə qız atası olmaqda imiş.
Mənə ata deyən dilinə qurban,
Ayına, gününə, ilinə qurban.
Gözünə, qaşına, telinə qurban,
Nə yaxşı gəlmisən dünyaya qızım.