"Toyota Prius"  "Qış parkı"na girdi, ağacları qırdı -  PAYTAXTDA

KRİMİNAL 09:00 / 23.03.2023 Baxış sayı: 2373

Bakının Yasama rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Qış Parkında qeydə alınıb.

 

Belə ki, "Toyota Prius" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən parka girib.

 

Nəticədə avtomobil bir neçə ağacı qırıb, yeraltı keçidə ziyan vurub.

 

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır./APA

 Fotoları təqdim edirik