"Sən indi salamatsanmı?"-  Fərhad  Tapdıqoğlu

YAZARLAR 09:19 / 22.10.2026 Baxış sayı: 302

( dodaqqaçdı)

Məzəli əhvalatlar -12

 

Keçmiş iş yoldaşları- dostlar bir neçə illik ayrılıqdan sonra görüşüb hal-əhval tuturlar.

Hərə başına gələn hadisələrdən danışır.Kimisi keçirdiyi əməliyyatlardan ,kimi ailəsində olan sevincli günlərdən söhbət açır.

Məftun illər öncə ürəyində yaranan problemləri dostlarına nəql edir:

-- Bakıda qudam gildə idim.Oradan çıxıb ,Sumqayıta qızım gilə gəldim.Qızımgil xəstə nəvəmi Türkiyəyə müalicəyə aparmışdılar.Onların evlərində qalırdım .

Gecə saat ikiyə qalmış qarın nayihəmdən möhkəm sancılar başladı.Nə edəcəyimi bilmirdim.

Qonşu məhəllədə yaşayan dostumun mobil nömrəsinə zəng vurdum.İncəvara yatmamışdı. Telefonu açanda ,ona dedim ki,"ölürəm ,gəl".

Dostum iki qohumla gələndə mən sancıdan qıvrılırdım.

Mənzilin seyf qapısını açıq qoymuşdum ki,birdən ...

Nə isə... təcili yardım tez gəldi .Təzyiqim çox düşmüşdü.Təcili yardımın həkimi savadlı idi.Lazımı nöqtəni tapıb,ora bir iynə vurdu.Qışqırdım ...

Qan hərəkətə gəldi...

Təcili xəstəxanaya götürdülər.Geniş infarkt keçirmişdim"...

Məftunun danışdıqlarına diqqətlə qulaq asan dostlardan Barxudar bərk həyəcanlandı və soruşdu:

--Məftun ,qardaş çox pis oldum.Danış,danış...

Sən indi salamatsanmı?

Mən elə bildim ki...

Məftun Barxudarın sözünü kəsdi:

-- Elə bildin ki,ölmüşəm? Görürsən ki,Sizinlə bir yerdəyəm.

Əlbəttə açıq ürək əməliyyatı keçirmişəm ,amma salamatam- Məftun bərkdən güldü.O biri yoldaşlar da ona qoşuldular .

Barxudar:

-- Məftun elə nəql edirdi ki...Çox pis oldum.Sanki bu gərgin anları Məftun özü deyil ,bir başqası danışırdı...Bu günə şükürlər olsun ki,Məftun bizimlədir-- o da gülümsədi .

İndi hər dəfə dostlar görüşəndə bir -birlərinə zarafatla "Bu sənsənmi? Sən indi salamatsanmı?"- deyirlər və gülüşürlər.

Barxudarın o kəlməsini işlədənlərin sayı artır.