Şahverən Cavad - Anamın ruhuna qonşu et , Tanrım
Qəlbim buz bağlamış qəm dərəsidir ,
Gözümdə dəmləyib,dərd daşımışam .
Anamın ruhuna qonşu et , Tanrım ,
Mən yerdə qürbəti çox yaşamışam .
Hər balıqqulağı qum saatıdır ,
Zaman qulağından keçir, qurtarmır .
Dalğalar dənizin alın yazısi -
Sahıllər dalğanı biçir , qurtarmır .
Vaxt deyil , əməldir ömrün meyarı ,
Mənasız bir ömrü sağaltmır zaman .
Pul tək xərclənirik vaxtn əlində ,
Əkdiyini biçən bağbandır insan .
Dünya bir bazardır , alır hər ömrü ,
Ömür əmanətdir - mülkümüz deyil .
İnsan hərisidir bu qara torpaq ,
Hər gün addım - addım bizə yol gəlir .
Allahın hökmüylə gecə də keçmir
qırmızı işığı dan yerində - tam .
Anamın ruhuna qonşu et , Tanrım ,
Mən yerdə qürbəti çox yaşamışam .
25 . 06 . 2026
Türkiyə . Samsun şəhəri