Elnur Uğur - Daş qəlbli adamlar quru hönkürər
Daş qəlbli adamlar quru hönkürər,
Hər gözdən axan su yaş ola bilməz.
İlğım sular nə çox, ya göz aldanır,
Ya yol səbəbi var, boş ola bilməz.
Dünyada xoş iyli ətirlərin də,
Biri ola bilməz çiçək yerində.
Çox da var qanadı böcəklərin də,
Ha uçsun səmaya quş ola bilməz.
Ovçün gəldik olduq bir şikar,demə.
Bu təsdiq inkara bir inkar,demə!
Şairə ölüm var,ölüm var demə,
Yaz sevdalı ruhda qış ola bilməz