Ay  Bəniz Əliyar - Nə qədər yarımçıq adam var imiş

Ədəbiyyat 18:59 / 24.06.2026 Baxış sayı: 188

Nə qədər yarımçıq adam var imiş,

Çıxdılar meydana, girdilər gözə.

Hər yarım bir adam bir yarımçıq iş,

Tam ola bilərmi olmaq istəsə?!

Düşüncəsi belə sığmır ağıla,

Tam olmaq istəyi gözündə qübar.

O, bütöv, tam olmaz dünya dağıla,

Onun varlığı da ayrı dərd olar.

Əlindən nə gəlir?

Onun üçün də,

Susarsan, əyriyə düz yamaq olmur.

Bu qədər yarımçıq adam içində,

Xoşbəxt olum deyə yaşamaq olmur.