Şahnaz Şahin - Ölməmişdən ölür şairlər..

Ədəbiyyat 11:30 / 30.06.2026 Baxış sayı: 649

 

...Xoşbəxtlikdən yazılmır xoşbəxt şeirlər..

suçəkən kağız kimidi,

hər gün bir az dərd çəkir canına.

Bir az eşq,

bir az ev.bir az vətən dərdi

qarışır qanına.

Bir az Yerdən,bir az Göydən azar götürür,

Gecənin bir vaxtı

gedib Ayın yanında özünə

məzar götürür..,

ölməmişdən ölür şairlər!..

Bəxti çırtlamaq əvəzinə

ürəyi çatlayır həmişə..

Qanı tökülə-tökülə,

ruhunu alıb çiyninə

gəlir mehraba...

Yalvarır Allaha bu dəfə,

"Nə olar,

çiçək ömrü vermə şairlərə,

lap əjdaha ömrü ver..."deyə!

Gendən baxıb

"Şair şeir yazır"

deyirlər..,

bəxtəvərlik verirlər!

Şahnaz ŞAHİN..