Ələddin Əzimli - BÖYÜK GÜNAH VƏ KÖRPƏLƏR
Ədəbiyyat
13:20 / 21.05.2026
Baxış sayı: 354
Nəvələr üçün
Dənizin sahilində-
Üç addımlığında
Yoldaşım,
Gəlinim.
Onunsa qucağında
Altı aylıq güləyən nəvəm,
Təktənha Gülaydır.
Bizdən azca aralı
Cavan ata və ana
Tutublar bapbalaca bir oğlanın əlindən.
Birdən,
Körpə qopur onlardan.
Üz tutur bizə tərəf.
Düşünürəm bir anlıq,
Kaş,
O oğlan da bizim olaydı....
Qəfildən,
Ata, ana və dəniz-
Qonşularımız
Göyərtdilər üzünü.
...Böyük günaha bataram, deməsəm.
Qəlbim yaman daraldı.
Görəsən, bu ailənin
Körpəsi təkdir bizim tək?!
Evdə
Başqa uşaqları varmı?!