Ramiz Qusarçaylı - Hər günortam bir qəzadı

Ədəbiyyat 10:04 / 06.05.2026 Baxış sayı: 331

 

Hər günortam bir qəzadı,-

Axşamdan Allah saxlasın.

Nə şam şeir çiçəyidi,

Nə şamdan,

Allah saxlasın.

Yarpaq dərdə dağ bükülür,

Sarısına bağ bükülür,

Səsimdən torpaq tökülür,

Duamdan Allah saxlasın.

Sonbeşiyəm dinim kimi,

Savablarım qənim kimi,

Allahı da mənim kimi,

Adamdan Allah saxlasın…