Prezident və xanımı Natəvanın abidəsinin açılışında - YENİLƏNİB (FOTOLAR)

MƏDƏNİYYƏT 08:34 / 05.10.2022 Baxış sayı: 1678

Oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

Yenises.az  xəbər verir ki, şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub. Bununla bağlı Rəfi Zeynalovun xatirələrini bölüşdüyü qısa film də hazırlanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin üzərindəki ağ örtüyü götürərək önünə gül dəstələri qoyublar.