Pəncərəmdə Ay - Aləmzər Sadıqqızı

İllərin şeiridi...
Kicik bir otaq....
Bapbalaca pəncərə..
Pəncərədə Ay...
Rəsmini çəkirəm...
Qaranlıq... Və... kiçik bir işık..
...
Qaranlıq və...
Kiçik bir işiq....
Mənim ürəyim Ay kimi...
...
Yatağımda Ay...
Ürəyimdə çiçəklər...
Mən Aydan utanıram
Qalxıb otururam....
...
_ Salam...
_Salam...
_Köhnə dost hardaydın?
_Basının üstündə...
Gözlərinin önündə...
_ Əlini ver barışag...
_ səndən küsməmişəm...
_Necə?
Gör bir haçandı səni görməmisəm.....
_ həmişə dinləmişəm...
_Səni incitmişəm..
_Özünü məndən də cox....
_Əllərini uzadarsanmı?
_Əlbəttə...
_ Göz yasımı silərsənmi?
_Yox...
_niye ?
_Bele daha gözelsen...
_Ruhum ağrıyır ama....
_İndi bir az oxşayırsan qadına...
_Hara gedirsən?
_Sabah yenə gələcəyəm...
_Yox getmə...
_Günəşi görməlisən...
_O hec vaxt məni görməyib...
_özünü gizlətmisen...
_Mən Günəşdən qorxuram...
_Sən həyatdan qorxursan....
_Məni görsə tanıyarmı?
_Gözlərini silsən...
_Deyirdin belə gözələm...
_Göz yaşın mənə aid...
_məni qısqanırsan?
_Yox... gülməyini istəyirəm...
_Birdən bacarmasam...?
_Günəşdən öyrənərsən....
_Nəyi ?
_İsitməyi.... insanları sevməyi...
_Mən insanları sevmirəmki?
_Sevirsən...
_Bəs belə niyə deyirsən?
_Sən belə eşitmək istəyirsen...
_Yaxşı get... yuxum gəlir....
_Yat ama sabah oyanacağına söz ver...
_Sən ALLAHA daha yaxınsan...
Bir söz desəm deyərsənmi?
_Sadəcə pıçılda yetər...
_İlahi, Günəşimi və Ayımı əlimden alma...
Mən seir yazıram...
Günəş məni görür....
Gülümsədiyini hiss edirəm...
Həyat kimi...
12. 5. 2014. )