Ehtiram  İlham -  VƏTƏN

Ədəbiyyat 17:06 / 25.10.2026 Baxış sayı: 261

☆☆☆☆☆

Səni kim nə boyda sevir -

Elə o boydasan, Vətən.

Sayın birdi, sayın sonsuz,

Sonsuz bir saydasan, Vətən.

 

Gözündə ümman sellənib,

Saçında qırov tellənib.

Ağrılarına bələnib -

Harayda, haydasan, Vətən

 

Ha söndürürsən, alışır,

Canında qurdlar sayrışır.

Düyünün vaya qarışır,

Yasında toydasan, Vətən.

 

Ömrünü yollara sərib,

Canı tək bir eşqə verib.

Dünyanı dolaşıb, görüb,

Türk boyda soydasan, Vətən.

 

25.10.26.