Məhərrəm Şəmkirli. : - DEDIKLƏRIM
Su qiymətinə olan su bu gün süd qiymətinədir.
---
Həyat nöqtələr,nöqtələr və sonu nida işarəsi-başdaşı.
---
Gecəyə düşüb gündüzü axtarır.
---
Yazıya pozu yoxdur dedilər.Pozulmayan yazını kim yazdı?
---
Nə vaxtdır içimdə azmışam.Yol,iz tapıb içimdən çıxa bilmirəm.
---
Kimsəyi aldada bilməyənlər, sonda özlərini aldadırlar.
---
İnsanların bağırtısına,maşınların siqinal səsinə oyandı şəhər.
---
Yüz illərdi kədər olub,əzab olub içimizdən axan çay,ahlarımız səni qurutmadımı?
---
Külək sənin kimidir,yoxsa sən külək kimi? Gah şimaldan əsirsən,gah da xəzri kimi Xəzərdən.
---
Yaxşı ki,yadına düşmürəm.Düşsəydim qulağın cingildəyərdi.
---
Məni sakitləşdirməyə çalışma.Bu an məni heç bir söz ovundura bilməz.
---
Analarımız torpaqda uyuduqlarına görə torpağa ana deyirik.
---
Leyli məhəbbətinə,Məcnun sevdasına köklən ey dünya,Onda üzün gülər,könlün açılar.
---
Çay daşıyam.Bir şeyə yaramırsan demən.Mən özülə qoyulub dağılmayan ev daşıyam.
---
Dedilər qaraqabaqdır üzü gülmür.Sevinc gələndə üzümün güldüyünü görməmişdilər.
---
Ona heç bir pisliyim keçməmişdi.Hər zaman kiçik kölgəmi iri qılıncıyla qılınclayırdı.
---
Tanrının borcu məni salamat saxlamaqdır.
---
Beşikdən başlanan həyat yolu qəbristanlıqda sona yetir.
---
Nə olaydı ömrüzün qışında yenidən baharını yaşayaydı.
Etibarsız dostdan bir qara daş yaxşıdır.
---
Güldəki şehdən ilham almayan şair şair deyil.
---
Ömrü bir günlük olan kəpənəyi güldən-gülə qonanda bəxtəfər gördüm.
---
Dünya mənimdir demə.Süleymanın olmayan dünya sənin ola bilməz.
---
Heç vaxt mən böyük şairəm demən,qoy onu oxucu desin.
---
Məramın xoşdursa istədiyin mənzilə çatacaqsan.
---
İlahi,imkandır böyüklüyünü göstər.
---
Qəbristanlığa gəldim.Gəldim qəbir qazanlara deyəm ki,mən ölməmişəm.Mənim qəbrimi ölüb qəbirsiz qalana verin.
---
Nənəmiz Həvva necə olubsa biz də eləyik.Nəfsi iti.
---
Güc olan yerdə sözün bir çürük qoz qədər dəyəri yoxdur.
---
Şairdən kefini soruşdum.Dedi ruhum ölüb.Soruşdum,ilhamın necə,o salamatdı? Dedi şükür hələ yerindədir.Dedim ruhu ölənin ilhamı ondan qabaq ölür.
---
Udduğu hava kimi,içdiyi su kimi rahatca qəbul edirdi ölümü.
---
Sənin səhv etmək limitin bitmədi?
---
Güclə cəsarət birləşdi və Qarabağ Azarbaycan oldu.
---
Gecə yatanda pəncərəni açıq qoyun ki,bəlkə içimdəki ağrılar getdi.
---
Ayağımın altındakı yeri,başımın üstündəki göyü qoruya bilməsəm,yersiz və göysüz qalacam.
---
Sənə gözüm üstündə yer vermişəmsə,orda həmişəlik qalmağa çalış.
---
Dünya məni sakini saymısa,mən onun nəyini sevim?
---
Şair olmaq Tanrıya yaxın olmaqdır.
---
Bizlər torpağın üstündən altına gedən yolçularıq.
---
Bilə-bilə günah işlədib sonra Tanrıdan aman istəmə.
---
Səhər-səhər gülü iyləmək istədim.Şeh məndən qabaq iyləmişdi.
---
Mən dərdi heç vaxt ürəyimə salmadım,özü girdi.
---
Aramızda güclü ayrılıq küləyi əsir,ona sinəmizi sipər eləyə biləcəyikmi?
---
Həyat gözəldir,onda yaşayan da gözəl olmalıdır.
---
Həyatımda Həyatın olmağı yaşadır məni.
---
Dedilər əlindən gül ətri gəlir.Dedim əlim Güldəstənin əlində olub.
---
Habil kamanı ağladırdı,kaman da məni.
---
Onun gözlərindən yaş sel kimi axırdı.Qarşısına bənd vuranı yox idi.
---
Allah Allahlığı dövründə bizə qarşı böyük səhv edib- ermənini bizə qonşu eləyib.
---
Gündüz günəşdən,axşam aydan aldığımız işıq Tanrının bəndəsinə təmannasız hədiyyəsidir.
---
Günəşdən yananda ağaclar gölgələriylə çatdı harayımıza.
---
Əlin aşalığı olmağı başın aşağı olmağı deyil.
---
Tanrının bizə nə səbəbə cəza verdiyini bilməsək də onu çəkməyə məhkumuq.
---
“Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın“ dedi.Yaxşı bilirdi ki,Allah verdiyi ömrü kəsib heç kimə vermir.
---
Hər axşam ay ulduzları başına yığıb səhərə kimi onlarla söhbət edir.
---
Ona o qədər yalan danışdılar ki,indi bütün yalanları həqiqət kimi qəbul edir.
---
Həyat hamı üçün müvəqqəti çətinlik deyil.Adam var bir ömür çətinlik çəkir.
---
Ömür də fəsillər kimidir,soyuğu,istisi olur.
---
Güllərin məcilisində bənövşə boynunu əyib yazıq-yazıq onlara baxırdı.
---
Mən belə yandırmazdım.Yerdən gələn ahlar yandırır məni.
---
Ürək yaman “qonaqpərvərdir”,sevincə də,qəmə də yer verir.
---
Mənə “nə yaxşı varsan”,deyəndə özünü də yaddan çıxarma,”nə yaxşı varıq” de.
---
Dənizin dalğalarında sahilə olan sevgi onu sahilə çırpılmağa məcbur edir.
---
İçində sevgi olmayana yayın istisi də soyuq qış kimidir.
---
Xalq yolunda üsyankar olmayan şairin şairliyi də bir qara qəpiyə dəyməz
---
Məndən soruşma haralıyam.Mən bütöv Azərbaycanlıyam.
---
Sən dözümlüsənsə,mərdsənsə,sənə palıd adı,çinar adı yaraşır.
---
Füzulidən sonra söz demək ar gəlir mənə.
---
Bu gün şair sıralamasında imza tünlüyüdür.
---
Ömür yolunda qəfil büdrəyib yıxılmaq da var.
---
Bu gün uşaqlığımdan gəncliyimə gəldiyim yolda yox,gəncliyimdən qocalığıma gedən yoldayam.
---
Dağ çayının harayı,hayqırtısı yayda kəsilər,mülayimləşər,həlimləşər.
---
Gənc ölənlərin dalınca yer də,göy də,dağ da,daşda,çəmən də,çöl də ağlayar və kiriyər,amma analr kiriməz,bir ömür ağlayar.
---
Papağımı çıxarıb yellədim gəncliyimə qocalığımdan. Üzü güldü,bəxtəfər göründü.
---
Tanrım,yaz fəsilində bəndənə qıyma.Yaz ölüm fəsili yox,olum fəsilidir.
---
Həqiqətə inanmır,yalanın da yaxasını buraxmır.
---
Ən yaxıç ölüm gözlə,qaşın arasıçda yox,anla,anın arasındadır.
---
Son vaxtlar Tanrının mənim haqqımda nə düşündüyünü anlaya bilmirəm.
---
Ruh bədənin halına ağlayır.
---
Ölüm haqqında düşünmək,ölümdən dəhşətlidir.
---
Şəlalənin intihar məkanı yüksəklik.
---
Həqiqəti bilirəm,ədaləti tanıyıram.Mənim həqiqəti görməyimin,ədaləti tanımağımın özümdən başqa kimə lazımdır.
---
Leyli Məcnun sevgisi Füzulu qələmiylə ilahiləşdi.
---
Çox odlarda yandım kül olmadım.Amma sənin həsrət odun yandırıb kül edəcək məni
---
Sözü sözlə üzləşdirəndə həqiqət ortaya çıxır.
---
Ananı anım günlərində yox,hər saat,hər gün yad etmək lazımdır.
---
Kənd analarının qoçaqlığı,fədəkarlığı-su gətirər,ocaq qalayar,beşik yırğalayar.
---
Vətəni qorumaq üçün ürəkdə iki od olmalıdır-məhəbbət və nifrət.
---
Böyk bağın bəzəyi kiçik bir ağac da olar.
---
Torpağa heyfin gəlsin.Onu ək,becər!
---