Kəramət : - HAQLIYKƏN HAQSIZ OLMAQ

YAZARLAR 08:27 / 07.08.2024 Baxış sayı: 4076

(-SƏNDƏN HEÇ NƏ OLMAZ

-YƏNİ HEÇ ŞAİR DƏ OLA BİLMƏRƏM?)

Özünün haqsız olduğunu kimsə sanmaz, bütün dünya həbsxanalarındakı dustaqların bircəsi də özünü günahkar saymaz. Önlar törətdikləri əməllərə görə cəzalanar, mənsub olduqları zamana və ölkənin durumuna görə cəzaları da dəyişgəndir, yaşadıqları həyata uyğun hesablanar; yəni bir toyuq oğrusuna 5 il həbs cəzasına çarpdırılan ölkəylə, başqa bir ölkədə bank soyğununda iştiraka üç il cəza verilər, elə dövr ola bilər ki, cəzaçəkmə üçün növbə də gözlənilər, həbsxana az olduğundan, uzun müddətdi yenisi tikilmədiyindən. Hər bir insan kimi xalqlar da təkamül prosesinə görə fərqlidi, hər bir ölkənin aqili də, cahili də, oğrusu da özünə oxşar.

Layiq olmadığı yerə adamlar nəinki gətirilməz, adam özünə təhqir sayar ki, o, bir stomotoloq , hüquqşünas olduğu halda yaradıcılıq təşkilatına sədr "seçilsin". Oxumuşdum. Bilindiyi kimi Fidel Kastro Rusla Qabriel Qarsia Markes tələbə hərəkatından bəri dost olublar. Bu haqda yazıçının aftobioqrafik romanı "Anlatmaq üçün yaşamaq" romanında (dilimizə Turan Şənlik çevirmiş) əhatəli məlumat da var.. Kubada inqilabi qələbədən sonra Fidel dostuna nazirlik təklifi Margez tərəfdən həqarət kimi qarşılanıb. Eləcə də A. Eynşteynə zamanında müəyyən mənsəb təklifləri alim tərəfindən rədd edilib. "Niyə bizdə belə olmur?"un cavabı təqribən belədir: Biz doğrudan öz işimizin sahibi deyilik, yoxsa başqa bir işi qəbul etmərik. Yarımçıq, alayarımçıq biriyik və cəmiyyət də bizim kimilərin yetişməsinə münbit şərait yaradıb, axı, belə idarə üsulu davamlıdr, yarımçıqlıq şəxsiyyət çatışmazlığı yaradır, özgüvən olmur. Öz yerində olan birini görüncə çiçəyimiz çırtlayır, halbuki hamı belə olmalı, ləyaqətsiz birini bir yerdə görüncə təəccüblənməliyik. Yaradılan ləyaqətsizlik mühiti tək-tük bacarıqlı, vicdanlı, mütəxəssisi "yeməyə", əridib özünəoxşatmağa, həzmi-rabedən keçirməyə hazırdır.. Əks halda..nə baş verər? Kütlə öz cahilliyindən imtina edər, TƏKin göstərdiyi istiqamətə yönələr, belədə idaetmə pozular, ən yaxşısı TƏKi aradan götürməkdi.

Gənclərin beynini, əxlaqını pozduğuna görə Sokratı edama məhkum edirlər. Qadını vidalaşmağa gəlir, Səni haqsız yerə edam edəcəklər,-deyib göz yaşı tökür.

-Haqlı olub edam etsinlərmi, bu tarixin axışına zidd olar,-təsəllisini verir gözüyaşlı qadınına Filosof.