Kafeyə qumbara atan şəxs zərərsizləşdirildi - Polisdən ƏMƏLİYYAT

KRİMİNAL 19:29 / 21.05.2023 Baxış sayı: 1354

Xəbər verildiyi kimi, dünən, yəni  mayın 20-də  naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara atmışdı.   Törədilmiş  cinayət  nəticəsin də  bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsdi.

Yenises.az-a  Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub. E.Nağıyev saxllanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.

Hadisə yerindən 1 ədəd əl qumbarası və və tapança götürülüb.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.