İki erməni hərbçi məhv edildi, biri YARALANDI

KRİMİNAL 11:17 / 01.09.2023 Baxış sayı: 597

Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına qətiyyətli cavab verib.

Görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
 

Ordumuzin cavab zərbəsi Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərinə hədəflənib. 

Məlumatı  Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.
 

Yenises.az  Modern.az -a istinadla  xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.


Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.


Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.
 

"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.