Kəmalə Abiyeva : - Ayrılıq bayramı-son zəng

Ədəbiyyat 16:41 / 26.05.2025 Baxış sayı: 1401

 

Bir zəngin səsiylə ayrılırıq biz

dostlardan,məktəbdən,müəllimlərdən.

Bu səs ən müqəddəs ülvi nəğməmiz

söz açıb danışır görən nələrdən?

 

Ayrılıq sədalı, gənclik nəfəsli

bu məktəb zəngimi belə həsrətli?

Arzular,ümidlər, gələcək səsli

bu məktəb zəngimi belə hikmətli?

 

"Əlvida"deyərək ötən günlərə

nurlu sabahlara səsləyir bizi.

Hər gün eşitsək də biz neçə kərə

kimi kövrəltməyib son zəngin səsi?

 

Bu zəngin səsiylə gözümüz bir gün

sevincdən,kədərdən dolarmış demə...

Məktəb illərinin sonunda ömrün

"Ayrılıq bayramı"olarmış demə...

 

Hər gün səslənibdi gör neçə dəfə

sinif otağına səsləyib bizi.

Hər kəsin ömründə tək bircə dəfə

Bu zəng nəğmə deyib-vida nəğməsi.