Şakir Xanhüseyn : - Tələbəlik dostumuz, gözəl şair AVDI QOŞQARA

***
Bu şeirdə elə bil
yerinə oturmayan bir şey var-
ya bir söz oturmayıb,
ya bir sətir-
hər nədir...
Deyirəm alın tərindən niyə qorxum,
qoy lap köynəyim şor bağlasın;
əlim bir işə oturmur-
yerdən qaldırmağa
bir çırpıya, daşa,
oturmur...
külüng qayaya,
bel torpağa,
qələm varağa oturmur...
qıç qatlayıb heç oturmaq istəmirəm, qardaş,
gəl ki, ayağım
bir yola-yolağa oturmur;
oturmur, haşa, oturmur,
ağıl da başa oturmur!..