Fərhad Tapdıqoğlu : - İllər keçdi

(hekayə)
Elməddin 7 yaşına keç-əndə məktəbə getdi.Yaxşı oxuya- oxuya sinifdən sinfə keç-di.Oktyabryat oldu,pionerə,sonra komsomola keç-di.Çox çalışdı,oxudu,hətta əlaçılar sırasına keç-di.
Orta məktəbi bitirdi.Atasının ürəyindən Elməddini müəllim görmək keçi-rdi.Amma o,sənədlərini texniki insititutların birinə verdi,qeydiyyatdan keç-di .
Qəbul imtahanlarını müvəffəqiyyətlə verib,müsabiqədən keç-di.Həmin institutun tələbələri sırasına keç-di.Dərslərini yaxşı oxudu,texniki ədəbiyyatları mütaliə elədi, vaxtını boş keç-irmədi,kursdan kursa keç-di.
İnstitutda onlara hərbi dərs də keç-dilər.
Müəssisələrin birində praktikada oldu,təcrübə keç-di .
Ali təhsilini başa vurdu ,mühəndislərin sırasına keç-di.
Hərbi xidməti Uzaq Şərqdə keç-di.Ordudan leytenant rütbəsi ilə tərxis olunan Elməddin ehtiyatda olan zabitlərin sırasına keç-di...
...Zavodların birində təyinatla işə başlayan Elməddin,əvvəl usta,sonra baş usta oldu Bir müddətdən sonra sahə rəisi vəzifəsinə keç-di .
Sevdiyi qızla ailə qurdu . Toyu gözəl keç-di...
Gənc mütəxəssis kimi mənzil aldı...
Bu gənc ailənin yeni mənzildə xoşbəxt, sevincli günləri keç-di...
Valideyn oldular...
Elməddin Kommunist Partiyası sıralarına keç-di.
Bir kommunist kimi İctimai işlərdə də fəal oldu .
Sonradan zavod idarəsinə texniki şöbələrin birinə mühəndis vəzifəsinə keç-di.Böyük mühəndis ,şöbə rəisinn müavini,ardınca şöbə rəisi təyin edildi.
Sadə və səmimi rəhbər idi Elməddin. Tabeliyində olan mühəndislər,texniklər onun xətrini çox istəyirdilər.
İşçilərin hər birinin qeydinə qalırdı.Tanıdığı bir nəfərin problemi olanda ,o da narahat olur," boğazından bir qurtum su da keç-mirdi"...
Həmişə öz yerini bilərdi Elməddin.Təklif olmasaydı heç vaxt başa keç-məzdi.
"Qapıdan qovanda pəncərədən keç-ənlərdən" xoşu gəlməzdi.
Yadıma düşmüşkən qeyd eləyim.Beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayırdı Elməddingil.Bir dəfə evin açarı mənzildə qaldığından qonşunun eyvanından öz eyvanlarına keç-ib ,mənzilin qapısını açmışdı Elməddin...
Gözəl ürəyi olan Elməddin kasıb ailə görəndə ürəyindən sızıltı keç-ərdi.Elələrinə kömək əlini uzadırdı...
Bir müavini vardı.Onun Elməddinin yerinə keç-mək keç-irdi könlündən ,müavinlərin çoxu kimi...
Hətta bir dəfə Elməddin xəstəliyi ilə əlaqədar bir neçə gün işdə olmayanda müavini zavod direktorunun qəbulunda olub ,yalan məlumatlar vermişdi.
Təbii ki,müəssisənin rəhbəri həmin müavinə inanmamışdı.Elməddin əvvəlcə həqiqətdə işində nöqsan olan həmin o müavinini işdən qovmaq barəsində direktora məlumat yazmaq istədi.
Sonra fikrindən vaz keç-di...
Düşündü:" İt hürər,karvan keç-ər" ...
Elməddin " məndən keç-di,qardaşıma dəydi " prinsipi ilə yaşamamışdı.Qohum - qardaşa,dost- tanışa imkan daxilində köməyi keç-mişdi...
İllər keç-di...Qışı soyuq ,şaxtalı,yayı isti illər keçdi...
Sumqayıt hadisələri...20 yanvar faciəsi...Qarabağ müharibəsi...canlarından keç-ən insanlar...
Bütün bunların acısını ,kədərini yaşamışdı Elməddin...
İki qızı var Elməddinin... Ali təhsil alıblar.Ailəlilidirlər.Babadır Elməddin...
Elməddinin daima arxada qalan illər gözləri önündən keç-ir:"Hərdən kəndə babası gilə gedərdi.Tut yeyəndə ağacdan ağaca ,budaqdan budağa keç-ərdi,tullanardı az qala kinolarda gördüyü Tarzan kimi. Arxdan tullanıb keç-diyi anlar da olub,çayı ayaqqabılarını çıxarıb,şalvarının balağını dizlərindən yuxarı qatlayıb, keç-diyi zamanlar da.Kənddə əmisi oğlu ilə at çapıb,atının onu atını ötüb keç-diyi də...Mərcə gəlib ,müəyyən məsafəyə qaçanda əmisi oğlunun onu keç-diyi də olub.
Gəncliyində ən çox sevdiyi filmlərin biri " Gün keç-di" filmi idi.
Gözəl şairimiz Əşrəf Veysəlli bir şeirindən iki sətri xatırladı:
"Nə bir bina qurdum,nə bir yol açdım,
Heyif bu ömürdən keç-di,ötüşdü."
Amma Elməddinin ömrü elə- belə ötüşməyib.Çətin,amma şərəfli yollar keç-ib...
...İndi o böyük müəssisə təəssüf ki,tam dağıdılıb,avadanlıqlar " metallom" kimi satılıb.
Elməddin həmin müəssisədə mühafizədə çalışır.Neyləsin, hələ pensiyaya çıxmasına bir il qalır.
Partiya biletini də saxlayır.Heç bir başqa partiyaya keç-məyib.
Təbii ki,onun bu həyatı hər birimizinki kimi,nöqsansız,səhvsiz keç-məyib,günah da işlədib yəqin.
Allah onun və hamımızın günahından keç-sin!
Amma bir şeyi qeyd eləyim ki,Elməddin yenə də çalışır elə yaşasın ki,heç zaman " keç-di,gecdi" deməsin...
Bəli,hər şey ötüb keç-ir,tarixə çevrilir...
İnsandan uzun illər yadda qalan yaxşı əməl ,yaxşı ad olur.
İnşallah bir il də keç-ər,Elməddin kişi təqaüdə çıxar ...Yaxşı əməl ,yaxşı ad daşıyıcısı kimi ömrünün qalan illəri də keç-ər...